Ukraynada pandemiya qurbanlarının sayı 644-ə çatdı

Bunu Ukraynanın Səhiyyə Nazirliyi açıqlayıb

Ukraynada daha 339 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 21584-ə çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 21 nəfər artaraq 644-yə yüksəlib.

Bildirilir ki, indiyədək Ukraynada 7 575xəstə koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,5 milyonu ötüb. Bunların 2,3 milyon nəfərdən çoxu sağalıb, 347 ;mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.