“UNESCO Qarabağdakı islam irsinə biganə yanaşmamalıdır” - Rusiyanın din xadimi

Rusiya müsəlmanları dini idarəsi sədrinin birinci müavini Dəmir Mühətdinov Dağlıq Qarabağdakı dağıdılmış müsəlman abidələrinə və ümumilikdə islam irsi

“UNESCO Qarabağdakı islam irsinə biganə yanaşmamalıdır” - Rusiyanın din xadimi

Rusiya müsəlmanları dini idarəsi sədrinin birinci müavini Dəmir Mühətdinov Dağlıq Qarabağdakı dağıdılmış müsəlman abidələrinə və ümumilikdə islam irsinə biganə yanaşılmasını və yalnız xristian abidələrini UNESCO tərəfindən siyahıya alınması ilə bağlı mürəciətləri tənqid edib.

"Peyk.AZ" xəbər verir ki, o bu barədə öz feysbuk hesabında məlumat yayıb. 

"Bu gün görkəmli mədəniyyət xadimlərinin UNESCO-ya müraciəti ilə bağlı xəbərləri oxuyanda təəccübləndim. Rejissorlar, dirijorlar, musiqiçilər və yaradıcı elitanın digər nümayəndələri daha da qorunması üçün Dağlıq Qarabağ bölgəsinin xristian mədəni, bədii və memarlıq irsi abidələrinin Ümumdünya Mədəniyyət Mirasları siyahısına daxil edilməsini xahiş edirlər. Müsəlman abidələrinin təhqir və məhv edilməsinə utanmadan gözlərini yumaraq, Dağlıq Qarabağdakı xristian kilsələrini qorunması lazım olan bir mədəni irs hesab edən mədəniyyət xadimlərinin seçici yanaşması məni heyrətləndirdi.

Tanınmamış Dağlıq Qarabağ Respublikasının ərazisində olduqları onilliklər ərzində bölgədəki 67 məsciddən 63-ü dağıdılıb! Zədələnmiş tarixi və mədəni abidələrin sayı yüzlərlədir",-deyə Mühətdinov qeyd edib.

O, UNESCO təşkilatını Qarabağın mədəni və dini irsinə diqqət ayırarkən obyektiv yanaşma sərgiləməyə çağırıb.

"UNESCO-nun diqqətini Qarabağın tarixi irsinə cəlb etməyi tamamilə düzgün hesab edirəm. Ümid edirəm ki, bu yaxınlarda 75 illik yubileyini qeyd edən bu nüfuzlu beynəlxalq təşkilatın mütəxəssisləri obyektlərin dini mənsubiyyəti nəzərə alınmadan, obyektiv və qərəzsiz olaraq bölgənin tarixi irsinin daha yaxşı qorunması üçün araşdırmaya başlayacaq və müvafiq qərarlar qəbul etmək üçün kifayət qədər təhsilə və nəzakətə sahib olacaqlar",-deyə din xadimi qeyd edib.