Usman Dembele mövsümün birinci “El Klassiko”sunu buraxacaq

Usman Dembele mövsümün birinci “El Klassiko”sunu buraxacaq
https://peyk.az

İspaniyanın “Barselona” futbol klubunun fransalı hücumçusu Usman Dembele İspaniya çempionatının X turunda “Real Madrid” komandasına qarşı keçiriləcək görüşü buraxacaq.

AZƏRTAC xəbər verir ki, İspaniya Futbol Federasiyası gözlənildiyi kimi Dembeleyə 2 oyunluq cəza verib. Buna səbəb onun “Sevilya” ilə oyunda baş hakim Antonio Mateu Lahozu təhqir etməsi olub. Nəticədə Usman La Liqanın 9-cu turunda “Eybar”la, 10-cu turunda “Real”la qarşılaşmalarda iştirak etməyəcək.

Qeyd edək ki, mövsümün birinci “El Klassiko”su oktyabrın 26-da keçiriləcək.