ÜST-dən karantin qaydalarını yumşaldan ölkələrə XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreisus karantindən çıxan ölkələrə xəbərdarlıq edib. “RİA Novosti” xəbər verir ki, o, bu barədə keçirdiyi brifinqdə bildirib. Qebreisus dünyada COVID-19-a yoluxanların sayının dörd milyon nəfəri keçdiyini qeyd edib. Onun sözlərinə görə, bəzi ölkələr artıq...

ÜST-dən karantin qaydalarını yumşaldan ölkələrə XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreisus karantindən çıxan ölkələrə xəbərdarlıq edib.

“RİA Novosti” xəbər verir ki, o, bu barədə keçirdiyi brifinqdə bildirib.

Qebreisus dünyada COVID-19-a yoluxanların sayının dörd milyon nəfəri keçdiyini qeyd edib.

Onun sözlərinə görə, bəzi ölkələr artıq COVID-19-la mübarizə üçün tətbiq edilmiş məhdudiyyətləri tədricən aradan qaldırmağa başlayıb.

Belə tədbirlər hər bir ölkədə tədricən, pandemiya ilə bağlı vəziyyətin inkişafı nəzərə alınaraq tətbiq edilməlidir.