ÜST koronavirusla mübarizə ilə bağlı hökumətə tövsiyələr hazırlayıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı koronavirusla mübarizədə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür e

ÜST koronavirusla mübarizə ilə bağlı hökumətə tövsiyələr hazırlayıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı koronavirusla mübarizədə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

“Peyk.AZ” xəbər verir ki, onun sözlərinə görə, Azərbaycan bütün məlumatları açıq şəkildə ÜST-lə bölüşüb və bölgələrdə işin aparılmasına dəstək olub.

"Azərbaycanda yüksək səviyyədə hakimiyyət rəsmilərinin koronavirusla mübarizədə göstərdikləri diqqətə görə təşəkkür edirəm", - deyə Harmancı video-konfrans zamanı bildirib.

H.Armancı Azərbaycanda koronavirusla mübarizədə həkimlərin işinin əvəzedilməz olduğunu bildirərək ÜST-ün Azərbaycandakı missiyasının koronavirusla mübarizə ilə bağlı hökumətə tövsiyələr hazırladığını və hesabatın bir neçə həftəyə hazır olacağını deyib.

ÜST rəsmisi avqustun 5-dən sonra Azərbaycanda sərtləşdirilmiş karantin rejiminin yumşalacağı ilə bağlı qabaqcadan fikir bildirməyin düzgün olmadığını söyləyib:

“5 avqustdan sonra Operativ Qərargah hansı qərarları verəcək və həyatımızda nələr dəyişəcək – bunu mənim təxmin etməyim mümkün deyil”.