ÜST rəsmisindən XƏBƏRDARLIQ: Bu virus uzun müddət bizimlə olacaq - VİDEO

“Xəstəliyə yoluxma sayları artarsa, ölkələr məhdudiyyətləri yenidən tətbiq etməyə başlayar”.

ÜST rəsmisindən XƏBƏRDARLIQ: Bu virus uzun müddət bizimlə olacaq - VİDEO

“Xəstəliyə yoluxma sayları artarsa, ölkələr məhdudiyyətləri yenidən tətbiq etməyə başlayar”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

Onun sözlərinə görə, yeni normalara keçid Azərbaycanda tədricən və ehtiyatla həyata keçirilməlidir:

“Məhdudiyyətlər aradan qalxdıqca yoluxma halları arta bilər. Hazırda dünyada virusun birinci dalğası müşahidə edilir. Bu virus uzun müddət bizimlə olacaq, ən azı peyvənd hazırlanana kimi.

Dünyanın müxtəlif laboratoriyaları tərəfindən müxtəlif peyvəndlər hazırlanır və sınaqdan keçirilir”.

“Peyvənd hazırlanana qədər qaydalara və tövsiyələrə əməl etməliyik”, - deyə H.Harmancı əlavə edib.Peyk.Az

Peyk.Az