Ustanı “tok” vurub öldürdü

Şəkidə evin dam örtüyünü təmir edən ustanı yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb. "Peyk.AZ"nun məlumatına görə, hadisə şəhərin Sa

Ustanı “tok” vurub öldürdü

Şəkidə evin dam örtüyünü təmir edən ustanı yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb.

"Peyk.AZ"nun məlumatına görə, hadisə şəhərin Sarabski küçəsindəki yaşayış evlərinin birində baş verib. 

Belə ki, Şəki şəhər sakini Nəriman Mustafayev təmir işi apararakən ehtiyatsızlıqdan ərazidən keçən yüksək gərginlikli elektrik naqillərinə dəyib. Nəticədə N.Mustafayev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov