Uzun fasilədən sonra işə çıxanlar diqqətli

Azərbaycanda 8 günlük tətil və üç aya yaxın bir müddətdə xüsusi karantin rejiminin tətbiqi bir çox insanı işdən uzaq salmışdı.

Uzun fasilədən sonra işə çıxanlar diqqətli

Azərbaycanda 8 günlük tətil və üç aya yaxın bir müddətdə xüsusi karantin rejiminin tətbiqi bir çox insanı işdən uzaq salmışdı.

Xəzər TV xəbər verir ki, artıq qaydaların yumşaldılması ilə həmin şəxslər işə çıxacaqlar.

Bu isə ilk növbədə iş şəraitində virusa yoluxmadan qorunmağı aktuallaşdırır.

TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyir ki, qapalı məkanlar virusun yayılması üçün ən riskli yerlərdir. Ona görə də sosial məsafə saxlamaq və maskalardan istifadə etmək vacibdir.

Vasif Əliyev bildirir ki, xüsusi karantin rejiminin yumşaldılması təhlükənin sovuşması demək deyil. Əksinə, yoluxma hallarının artması insanları daha məsuliyyətli olmağa sövq etməlidir.

Qeyd edək ki, uzun fasilədən sonra insanların yenidən işə çıxması həm də adaptasiya problemi yarada bilər. Çünki iş yerlərində həm də yeni qaydalar tətbiq ediləcək.

Psixoloq Elnur Rüstəmov deyir ki, iş yerlərində maska taxılması və sosial izolyasiya qaydalarına riayət edilməsi həm də psixoloji amillə bağlıdır. İlk növbədə rəhbər şəxslər buna əməl etməli və işçilərdən də tələb etməlidir. Digər bir məqam uzun müddətdir ki, görüşməyən işçilərin bir araya gəldikdə əl verib salamlaşması və öpüşərək görüşməsi də yolverilməzdir: "İnsanlar dərk etməlidir ki, bununla həm özlərini, həm də iş yoldaşlarını təhlükəyə atır".

Peyk.Az

Peyk.Az