Vahid Əhmədov: Büdcənin icrasına daha dəqiq yanaşılmalıdır

“Dövlət büdcəsi yalnız Maliyyə Nazirliyinin büdcəsi deyil”.

Vahid Əhmədov: Büdcənin icrasına daha dəqiq yanaşılmalıdır

“Dövlət büdcəsi yalnız Maliyyə Nazirliyinin büdcəsi deyil”. ;

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat Vahid Əhmədov deyib. ;

Onun sözlərinə görə, büdcənin icrasına daha dəqiq yanaşılmalıdır: “Müzakirələrə digər nazirliklərin, qurumların da nümayəndələri dəvət olunmalıdır. Onlar da Maliyyə Nazirliyi kimi bizim suallarımıza cavab verməlidir”. ;

Millət vəkili ;həmçinin qeyd edib ki, bank sektorunda problemlər hələ də qalmaqdadır: “Bu yaxınlarda 4 bank bağlandı. Onlardakı depozit 800 milyon manatdan çoxdur. İndi sual yaranır ki, həmin əmənatləri qaytarmaq üçün banklarda vəsait varmı?”