Vahid Əhmədov Zakir Həsənovu sərt tənqid etdi — “Danışa bilmir”

"Ölkə.Az" “Peyk.AZ”ya istinadən xəbər verir ki, deputat çıxışında Zakir Həsənovu və Nəcməddin Sadıkovu Azərbaycan dilini təmiz bilməməkdə günahlandırıb:

Vahid Əhmədov Zakir Həsənovu sərt tənqid etdi — “Danışa bilmir”

“Bilirsiniz ki, yüksək dövlət məmurlarının Azərbaycan dilini bilməməsi bizim üçün böyük bəladır. Dünən Zakir Həsənovun brifinqinə qulaq asdım. Ona Şuşadakı inauqurasiya ilə bağlı sual verdilər. Zakir Həsənov da, Qəraragah rəisi Nəcməddin Sadıkov da azərbaycanca danışa bilmir. İzah edə bilmədilər. Bilirsən, sən Müdafiə nazirisən. Belə bir mərasim olan zaman sən dövlət rəhbərliyi qarşısında məsələ qaldırmalıydın.

Amma biz susduq. Xocalı aeroportunda Sarkisyan açılışda iştirak etmək istəyirdi. O zaman Müdafiə nazirinə müraciət etdilər ki, görüşə problem yaranmasın, ancaq açılış baş tutmadı. İndi də Şuşayla bağlı müəyyən addımlar atmağa ehtiyac var idi. Biz elə bil kimdənsə qorxmalıyıq. Mən demirəm ki, silah atəşi açaq, amma heç olmasa müəyyən addımlar atmalıydıq”.

Ölkə.Az

"Ölkə.Az" xəbər verir ki, “Peyk.AZ” bu gün paytaxtdakı iri ticarət mərkəzlərindən fotorepoartaj hazırlayıb.

Məlum olub ki, “Park Bulvar” , “28 Mall”, “Metropark” və “Port Baku” bu gündən fəaliyyətini bərpa edib. “Ganjlik Mall” isə sabahdan etibarən açılacaq.

Xatırladaq ki, nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti 23 mart 2020-ci il tarixdən dayandırılmışdı.

“Ölkə.Az” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisın bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası Azərbaycanən bir bölgəsi ; olsa da, Azərbaycanla birbaşa quru yol yoxdur:

“Pandemiya ilə əlaqədar Naxçıvana gediş-gəliş dayandırılıb. Naxçıvana ABŞ-la eyni sistem yaradıblar. Naxçıvana gediş-gəliş açılmır. Biz yüzlərlə insan müraciət edir. Öləni var, xəstəsi var. Aviareyslər bərpa olunmalıdır. 10 nəfər olsa da, bunların gediş-gəlişi təmin olunmalıdır. Metrolar, iri ticarət mərkəzləri açılır. Burada yaşayanlar Azərbaycan vətəndaşlarıdır. Operativ Qərargah bu məsələni nəzərə alıb məsələyə diqqətlə yanaşmalıdır”.

Mürtəza

Ölkə.Az