Home Xarici “Varlıların prezidenti deyiləm” – Makronun “qızıl otaq”dan müraciəti

“Varlıların prezidenti deyiləm” – Makronun “qızıl otaq”dan müraciəti

177
0

“Sarı jiletlilər”in 4 həftədir davam edən etirazlarından sonra geri addım atan Fransa prezidenti Emmanuel Makron xalqa müraciət ünvanlayıb.

PEYK.Az” xarici KİV-ə istinadən xəbər verir ki, fransız lider bu dəfə başqa bir məqamla mətbuatın gündəminə çevrilib. Zənginlərin prezidenti olmadığını deyən Makron bu müraciəti “qızıl otağı”ndan edib.

Xalqın maddi çətinliyini başa düşdüyünü söyləyən prezidentin Yelisey sarayındakı 365 otaqdan birində etdiyi çıxış zamanı arxasında əyləşdiyi antik masa, qızıl lampa və Fransanın simvolu olan xoruz birmənalı qarşılanmayıb.

“Zənginlərin prezidenti olmadığı” mesajını ötürən Emmanuel Makron səmimi qəbul edilməyib. Prezidentin illik maliyyəsi 104 milyon avro olan Yelisey sarayından çıxış etməsi xalqı daha da qəzəbləndirib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here