Home Siyasət Vaşinqtonun Suriyadan çəkilməsinə dair əlamətlər görünmür – Putin

Vaşinqtonun Suriyadan çəkilməsinə dair əlamətlər görünmür – Putin

160
0

Moskvada keçirilən geniş mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin beynəlxalq məsələlər, Rusiya-ABŞ münasibətləri, iqtisadiyyat və regional problemlərə də toxunub.

PEYK.AZ xarici KİV-lərə istinadən xəbər verir ki, Putin Kerç boğazında baş verən hadisəyə münasibət bildirərkən bildirib ki, insident gələn il Ukraynada keçiriləcək prezident seçkiləri ilə bağlıdır. Həbs olunan ukraynalı əsgərlərin taleyi isə cinayət işinin nəticələrindən asılı olacaq. Rusiya liderinin sözlərinə görə, Kiyevin Ukraynanın şərqində siyasi problemləri güc yoluyla həll etmək cəhdləri iflasa uğrayıb. Lakin Kreml rəhbəri qeyd edib ki, Ukrayna əvvəlkitək Rusiya üçün vacib ticarət tərəfdaşıdır.

ABŞ qoşunlarının Suriyadan çəkilmə səbəblərinə gəlincə, Putin qeyd edib ki, amerikalı həmkarı Donald Trampın Suriyada İŞİD üzərində qələbə qazanılmasıyla bağlı fikirlərilə razıdır. Lakin Kreml rəhbəri Vaşinqtonun Suriyadan çəkilməsinin əlamətlərini görmür:

“Birləşmiş Ştatlar Əfqanıstanda artıq 17 ildir mövcuddur. Və hər il deyirlər ki, onlar oradan qoşunlarını çıxarır. Amma hələki onlar Əfqanıstanda mövcuddurlar. Biz ABŞ qoşunlarının Suriyadan çıxarılma əlamətlərinə rast gəlmirik. Amma düşünürəm ki, bu mümkündür”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here