Vilayət Eyvazovdan Sumqayıt şəhər Polis İdarəsinə YENİ TƏYİNAT

Sumqayıt Şəhər Polis İdarəsində yeni təyinat olub.

Vilayət Eyvazovdan Sumqayıt şəhər Polis İdarəsinə YENİ TƏYİNAT
https://peyk.az

Bu barədə Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Həsənov Hüseyn Süleyman oğlu Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini təyin edilib.

Bu vəzifəyə qədər isə o, idarənin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Məlumatı Sumqayıt Şəhər Polis İdarəsindən təsdiqləyiblər.