Volker ilk qurbandır, davamı da olacaq – Puşkov

Volker ilk qurbandır, davamı da olacaq – Puşkov
https://www.peyk.az

Rusiyalı senator Aleksey Puşkov ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volkerin istefasına münasibət bildirib.

Axar.az xəbər verir ki, bu barədə siyasətçi Tvitter hesabında yazıb.

Puşkovun sözlərinə görə, Volkerin istefasına səbəb demokratların nümayəndələrinin onun “qanını istəməsi” ola bilər. Senator həmçinin partiyanın sonrakı hədəfinin ABŞ Prezidenti Donald Tramp olduğunu bildirib.

“Kurt Volker “Donald Trampı öldürmək” adlı sabun operasının yeni seriyasının ilk qurbanıdır”, - Puşkov yazıb.

Puşkov Volkerin istefasının ardınca digər “qurbanların” da olacağını, Donald Trampın özünün də sudan quru çıxmaq şansı olduğunu qeyd edib.