Home Mədəniyyət Vyanada Yeni il münasibətilə gənc solistlərin konserti təşkil olunub

Vyanada Yeni il münasibətilə gənc solistlərin konserti təşkil olunub

156
0

Dekabrın 22-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində konsert proqramı təşkil olunub.

PEYK.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, konsertdə əslən bakılı olan pianoçu və opera müğənnisi, musiqişünas-pedaqoq Lada Atlantovanın yetirmələri çıxış ediblər. Konsertdən əvvəl L.Atlantova bu konsert üçün yaradılan şərait və əməkdaşlığa görə Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlığını bildirib.

Moskva İncəsənət Akademiyasında opera müğənniliyi kafedrasına uzun illər rəhbərlik edən Lada Atlantovanın tələbələri konsertdə Avropa bəstəkarlarının Milad və Yeni ilə həsr olunmuş əsərlərini ifa ediblər. Konsert proqramında bəstəkar Gennadi Qladkovun “Bremen şəhəri musiqiçiləri” cizgi filmi üçün bəstələdiyi və dahi Müslüm Maqomayevin ifasında şöhrət tapan “Trobadurun serenadası” əsəri də ifa olunub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here