"WhatsApp" istifadəçiləri üçün daha bir yenilik

"WhatsApp" mesajlaşma şəbəkəsi istifadəçilərini daha bir yeniliklə sevindirməyi planlaşdırır.

https://peyk.az

Peyk.az BAKU.WS-ə istinadən xəbər verir ki, istifadəçilərin mesajları müəyyən vaxtdan sonra avtomatik olaraq silinəcək.

Mesajların silinməsi funksiyası "Android" əməliyyat sisteminin "Beta messencer 2.19.348" versiyasında işə düşəcək.

"WhatsApp" istifadəçiləri mesajın qalma müddətini özləri təyin edəcək. Belə ki, hər bir istifadəçi istəyinə uyğun olaraq saat, gün, həftə, ay və il təyin edərək mesajların silinmə funsiyasını işə sala biləcək.