Xətaidə sular niyə kəsilib?-AÇIQLAMA

"Xətai rayonu, Neapol 7 ünvanındakı binalara axşam saatlarında su gəlmir"

Xətaidə sular niyə kəsilib?-AÇIQLAMA
https://peyk.az

Peyk.az bildirir ki, bununla bağlı sonxeber.az-a şikayət daxil olub. Həmin ünvanda yaşayan Rövşən Abbasov adlı şəxs şikayət edərək bildirib ki, axşam saat 22.00 radələrində binaya su gəlmir. Sakin "balansa istifadə edilməyən pul depozit kimi əvvəldən ödənildiyi halda niyə bu millətə zülm verirsiniz?" deyərək səlahiyyətli "Azərsu" şirkətindən şikayət edib.
Şikayətlə bağlı adı çəkilən "Azərsu"Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. "Azərsu"- nun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı şikayətlə bağlı suallarımızı cavablandırıb:

" Dünən qəza nəticəsində xəttə sızma baş verib. Bu gün bərpa olunacaq. Suların kəsilməsi bununla bağlıdır".