Xalq artisti: “Ağaxan Abdullayev toyda Arif Babayevin əlini öpüb” - VİDEO

ARB TV-nin efirində yayımlanan “Səhər-səhər” verilişində Xalq artisti, mərhum Ağaxan Abdullayevin həyat və yaradıcılığından bəhs edilib. Oxu.Az xəbər verir ki, verilişin qonağı, Xalq artisti Mənsum İbrahimov mərhum xanəndə ilə bağlı xatirələrini bölüşüb. O, toy məclislərinin birində Ağaxan Abdulayevin Xalq artisti...

Xalq artisti: “Ağaxan Abdullayev toyda Arif Babayevin əlini öpüb” - VİDEO

ARB TV-nin efirində yayımlanan “Səhər-səhər” verilişində Xalq artisti, mərhum Ağaxan Abdullayevin həyat və yaradıcılığından bəhs edilib.

Oxu.Az xəbər verir ki, verilişin qonağı, Xalq artisti Mənsum İbrahimov mərhum xanəndə ilə bağlı xatirələrini bölüşüb.

O, toy məclislərinin birində Ağaxan Abdulayevin Xalq artisti Arif Babayevin əlini öpməsindən söz açıb:

“Ağaxan müəllim o qədər böyüyə-kiçiyə hörmət edən insan idi ki, hər birimiz ona heyran idik. Öz oğlunun toy məclisi idi, biz də getmişdik. Ağaxan müəllim toyda Arif Babayevlə görüşəndə onun əlini öpdü. Özü xəstə olsa da, böyüyə hörmətini göstərdi, hamımızı kövrəltdi”.

Rəşad Əliyev