Home Şou-Biznes Xanım müğənni: “Sənəti yox, ailəmi seçərəm”

Xanım müğənni: “Sənəti yox, ailəmi seçərəm”

192
0

Müğənni Aysel Əlizadə şəxsi həyatından danışıb.

Peyk.az Teleqraf.com-a istinadən xəbər verir ki, ifaçı “Altın Kelebek” mükafat mərasimi çərçivəsində lentə alınan “Böyük dəyişim” adlı sənədli filmin çəkilişlərində bildirib ki, seçim qarşısında olsa, sənəti yox, ailəni seçər:

“Hər şeydən vacib ailədir, övladdır, anadır. Gələcəyi düşünmək çox önəmlidir. Karyeranın ən pik, yüksək zirvəsində ola bilərsən. Amma bir gün aşağı düşürsən. Ailə isə daimidir. Bir-iki günlük qurulan ailədən danışmıram. Həqiqi ailədən söhbət gedir. Bir xanım kimi ən böyük arzum odur ki, ailəmin qadını, övladlarımın anası olum. Qarşımda seçim olsa, ailəni üstün tutaram. Sənət nankordur”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here