Xırdalan sakini 800 abonentin qazsız qalmasına səbəb oldu - Video

Abşeronda qanunsuz qoşulma aparan şəxs 800 abonentin qazsız qalmasına səbəb olub. "Azəriqaz"dan "Peyk.AZ"ya verilən məlumata görə, Abşeron rayon

Xırdalan sakini 800 abonentin qazsız qalmasına səbəb oldu - Video

Abşeronda qanunsuz qoşulma aparan şəxs 800 abonentin qazsız qalmasına səbəb olub.

"Azəriqaz"dan "Peyk.AZ"ya verilən məlumata görə, Abşeron rayonu, Xırdalan şəhəri Yoncalıq ərazisində Sənan adlı şəxs yenə də eyni əməli törətməkdən çəkinməyib.

İyunun 10-da saat 22:00 radələrində həmin şəxs diametri 108 mm olan qaz xəttini bağlayaraq qaynaq vasitəsilə kəsim aparıb və qaz xəttinin yerini qeyri-qanuni dəyişməyə cəhd edib. Baş verənlər səbəbindən 800 abonentin qaz xəttinin dayandırılmasına zərurət yaranıb.

Qanunsuz qoşulma faktı ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə və yerli icra hakimiyyətinə məlumat verilib.