Xırdalanda evdə partlayış - Video

Xırdalanda yanğın hadisəsi baş verib. “Peyk.AZ”nun məlumatına görə, insident şəhərin “AAAF Park” yaşayış kompleksinin 26-cı küçəsinin ikinci bin

Xırdalanda evdə partlayış - Video

Xırdalanda yanğın hadisəsi baş verib.

“Peyk.AZ”nun məlumatına görə, insident şəhərin “AAAF Park” yaşayış kompleksinin 26-cı küçəsinin ikinci binasında mənzillərdən birinin eyvanında qeydə alınıb.

Hadisəyə səbəb qaz balonunun partlaması olub.

Xoşbəxtlikdən yanğın zamanı mənzildə heç kim olmayıb.

Yanğın qısa zaman ərzində söndürülüb.