Xırdalanda polisdən qaçmaq istəyən sürücü qəza törətdi

"Ölkə.Az" report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Xırdalanda polisdən qaçmaq istəyən sürücü qəza törətdi

Belə ki, sürücü yol polisinin "saxla" əmrinə tabe olmayaraq hadisə yerindən uzaqlaşıb. Sonda o, nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çırpılıb. ;

Qəza zamanı 1998-ci il təvəllüdlü Hüseynov Şahmar Faiq oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qabırğa sınığı, bədənin müştərək travması diaqnozu qoyulub.

Ölkə.Az