Home Gündəm Xırdalanda sərnişin avtobusu aşıb, 9 nəfər yaralanıb

Xırdalanda sərnişin avtobusu aşıb, 9 nəfər yaralanıb

200
0

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində 119 saylı marşrut avtobus aşıb.

PEYK.Az “report”-a istinadən bildirir ki, hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb olunub.

Qəza zamanı 3-ü qadın, 6-sı isə kişi olmaqla 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onlardan 2 nəfər Respublika Klinik Xəstəxanasına, 7-si isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralılardan 63 yaşlı qadının vəziyyəti ağırdır, digərlərinin vəziyyəti qənaətbəxşdir.

Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here