Xocalı qətliamının iştirakçısı Qasparyan məhv edildi

Ermənistanın “qəhrəman” adlandırdığı Xocalı soyqırımının iştirakçılarından biri olan polkovnik Rüstəm Qasparyan məhv edilib. Peyk.az xəbər verir ki, bu məlumatı Çiçəklənən […]

Xocalı qətliamının iştirakçısı Qasparyan məhv edildi

Ermənistanın “qəhrəman” adlandırdığı Xocalı soyqırımının iştirakçılarından biri olan polkovnik Rüstəm Qasparyan məhv edilib.

Peyk.az xəbər verir ki, bu məlumatı Çiçəklənən Ermənistan Partiyasının deputatı Naira Zöhrabyan yayıb.

Məlumatda bildirilib: “Xocalı soyqırımının iştirakçılarından biri olan Rüstəm Qasparyan xəstəxanada öldü. Ağır yaralandığı üçün o xilas edilə bilmədi”.

Qeyd edək ki, Qasparyan eks-deputatdır. Bir müddət öncə onun oğlu ilə birgə olduğu hərbi avtomobil Azərbaycan ordusu tərəfindən məhv edilib. İnsident zamanı Qasparyanın hərbçi oğlu ölmüş, özü isə xəstəxanaya yerləşdirilmişdi.

Polkovnik rütbəsi daşıyan Qasparyan Xocalı soyqırımında aktiv iştirak edib.

www.Peyk.az