Xəstəliyimə çətənə kolundan hazırlanan dərman kömək edə bilər — Allahverdi Yoçuyevdən MARAQLI AÇIQLAMALAR

''Xəstəliyim hələ də davam edir. Zaur Baxşəliyev və Murad Dadaşov məni bütün klinikalara təmənnasız göndəriblər. Müalicə üçün İrana da getmişəm. Lakin heç bir irəliləyiş yoxdur. Xəstəliyimin müalicəsi təkcə Kanadadadır. Sırf o ölkədə istehsal olunan ''Kanabis'' adlı çətənə kolundan hazırlanan dərman preparatı kömək edə bilər. Dərmanı isə sərhəddən keçirmək mümkün deyil. Düzü, heç qiymətini də bilmirəm. Müalicə olunmadıqca ; xəstəliyim daha da şiddətlənir. Xəstəliyimi yalnız o dərman müalicə edə bilər. İki ildir işsizəm. Üstəlik ailəm də genişdir. İşləyən olmayanda da vəziyyət çətin olur. Altmış iki yaşımda səhhətim belədirsə, gələcəkdə necə olacaq, Allah bilir. Bir torba dərman qəbul etməyimə baxmayaraq, səhhətim düzəlmir''. ;

Xəstəliyimə çətənə kolundan hazırlanan dərman kömək edə bilər — Allahverdi Yoçuyevdən MARAQLI AÇIQLAMALAR

O, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin dövründən də söz açıb. ''Fəxri adla bağlı mənim üçün müraciət edənlər olub. Dövlət Musiqili Teatrında işlədiyim vaxtlarda hər kəsin adını göndərirdilər. Niyə cavab gəlməməsinin səbəbini isə bilmədim. Özüm də bir neçə dəfə məktub yazıb, müraciət etdim, cavab gəldi ki, müstəsna xidmətləriniz olmalıdır. Düzü, mən də başa düşə bilmədim ki, 42 illik xidmətim müstəsnadır, yoxsa qeyri müstəsnadır. Əbülfəs Qarayevlə də bir neçə dəfə tədbirlərdə salamlaşmışam. Dəfələrlə qəbuluna getsəm də, cavab olaraq deyiblər ki, Əbülfəs müəllim məşğuldur. Mən Azərbaycan mədəniyyətinə çox bağlı insanam. Lap mən yox digər cavanlar olsun, istəyərəm ki, gedib Azərbaycan mədəniyyətini təmsil edib, alqış qazansınlar. Bunun inkişafı üçün də təkan lazımdır".

Allahverdi Yolçuyev bildirib ki, indiyədək Mədəniyyət Nazirliyinə ayrılan vəsait düzgün xərclənməyib:

"Dövlətimiz yeni tamaşalar, yeni əsərlər, geyimlər üçün müəyyən qədər pul vəsaiti ayırır. Rusiyaya 200 nəfər göndərilməlidir ki, ssenari yazmaq, operatorluq işlərini dərindən mənimsəsinlər. Bunların hər biri teatr üçün çox vacib peşələrdəndir. Bizdə bu peşələri inkişaf etdirməyiblər. Bunu mən deməsəm belə, bütün xalq bilir ki, onlar özləri üçün yaşayıblar. Keçən dəfə efirlərin birində qonaq olarkən də vurğuladım ki, biz yeganə ölkəyik ki, aktyoru təqaüdə göndəririk, dünyasını dəyişəndə isə səhnədən o dünyaya alqışlarla yola salırıq. Axı dəyərli, peşəkar aktyorların xətrinə dəymək nə dərəcədə doğrudur? Mən xatırlayıram ki, bir neçə il bundan əvvəl 103 yaşında dünyasını dəyişən aktyor Zeldenin ayaqları tutulmuşdu, rol yazırdılar ki, peşəsindən, səhnədən ayrılmasın. Aktyor hər zaman diqqət mərkəzində olmalıdır. Axı nəyə görə dünyasını dəyişəndən sonra urvatsız, nakam, ləyaqətsiz getdi deyək? Mən Adil İskəndərovun tələbəsi olmuşam. Ən azından ondan öyrəndiklərimi, yığdığım bazanı kiməsə ötürməliyəm, ya yox? Axı, tərəf müqabili kimi mən lazımlı insanam. Mənim tetrda aktyorluq edən yaşımdır. Ancaq hansı teatra müraciət etsəm də, ; deyirlər ki, yer yoxdur. Buna baxmayaraq, başqa aktyorları qəbul edirlər. Hansı yolla edirlər, bax, onu mən də bilmirəm. Ancaq sonra da gördük ki, neçələrinin kabinetindən iş kartları çıxdı. Öz mənfəətini güdən insan, heç vaxt vətənin, torpağın mənfəətini güdə bilməz. Mən Sankt-Peterburqda iki dəfə bədii qiraətçilərin müsabiqələrində iştirak edib, diplom almışam. Ruslar məni ayaq üstə alqışlayıblar. Onlar bizim ana dilimizə heyran olublar. Azərbaycan dilinin nə qədər musiqili dil olduğunu deyiblər. Biz özümüz öz qədrimizi bilmirik. Biz yaxşı olmalıyıq ki, bizdən sonra da yaxşılar gəlsin. Yoxsa onu tapdala, bunu tapdala, buna imkan vermə, belə olmaz. Belə olan halda heç mədəniyyət də inkişaf etməz. Mən o vaxt qeyd etmişdim ki, kino yoxdursa, o yoxdursa, bu yoxdursa, onda Mədəniyyət Mazirliyi kimə lazımdır? İndi media nümayəndələri mənə zəng edib, deyirlər ki, siz o vaxt bu sözləri demisiniz. Mən əgər qapı döyən olsaydım, öz mənfəətimi güdsəydim, yazmazdım. Fikirləşərdim ki, mənim adımı pozarlar. Ancaq mən olanları demişəm. Elə indi də sübut olunur ki, mən düz demişəm''. ;

Ölkə.Az