Xətai rayonunda əhaliyə tibbi maskalar paylanılır - FOTO

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar insanlara dəstək məqsədilə Xətai rayon İcra Hakimiyyəti sosial aksiyaları gündəlik davam etdirir. Oxu.Az xəbər verir ki, Xətai rayon İcra Hakimiyyəti tərəfindən rayonun insanların kütləvi gediş-gəliş yerlərində, metro çıxışlarında tibbi maskasız olan əhaliyə maskalar paylanılır. Sakinlərə koronavirus infeksiyasının ölkəmizdə...

Xətai rayonunda əhaliyə tibbi maskalar paylanılır - FOTO

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar insanlara dəstək məqsədilə Xətai rayon İcra Hakimiyyəti sosial aksiyaları gündəlik davam etdirir.

Oxu.Az xəbər verir ki, Xətai rayon İcra Hakimiyyəti tərəfindən rayonun insanların kütləvi gediş-gəliş yerlərində, metro çıxışlarında tibbi maskasız olan əhaliyə maskalar paylanılır.

Sakinlərə koronavirus infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması məqsədilə pandemiya ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilir.

Vətəndaşlar da bu nəcib aksiyaya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.