Xəzər rayonunda birmərtəbəli ev yandı

Bakının Xəzər rayonunda yanğın hadisəsi olub. FHN-dən Oxu.Az-a verilən məlumata görə, hadisə nəticəsində ümumi sahəsi 72 m² olan birmərtəbəli binanın yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan evin mətbəxinin lambirindən ibarət tavanı 5 m² sahədə əriyib. Evin qalan hissəsi...

Xəzər rayonunda birmərtəbəli ev yandı

Bakının Xəzər rayonunda yanğın hadisəsi olub.

FHN-dən Oxu.Az-a verilən məlumata görə, hadisə nəticəsində ümumi sahəsi 72 m² olan birmərtəbəli binanın yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Yüksək temperaturdan evin mətbəxinin lambirindən ibarət tavanı 5 m² sahədə əriyib.

Evin qalan hissəsi mühafizə olunub və yanğın söndürülüb.