Yəmən ordusu hücuma keçdi Husi qüvvələrinin hərbi mövqelər darmadağın edildi

Yəmən ordusu Bəyda vilayətində qiyamçı Husi qüvvələrinin 80 hərbçisini zərərsizləşdirib.

Yəmən ordusu hücuma keçdi Husi qüvvələrinin hərbi mövqelər darmadağın edildi
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə əməliyyatlara rəhbərlik edən hərbi qüvvələrin komandanı Əbdürrab əl-Əshabi açıqlama verib.

O, açıqlamada 80 qiyamçının həlak olduğunu, 20-nin də əsir götürüldüyünü deyib.

Bölgədəki bəzi mövqelərin Yəmən ordusu tərəfindən ələ keçirildiyini açıqlayan Əshabi nəzarətə götürülən ölkənin mərkəzində yerləşən Bəyda şəhərinin strateji əhəmiyyətə malik olduğunu vurğulayıb.

Cəvf vilayetində baş verən qarşıdurmalarda isə bölgədəki qəbilələrdən Yəmən ordusuna dəstək gəlib. Buradakı döyüşlərdə 20 hərbçisi həlak olan, 15-i əsir düşən qiyamçı husilər öz mövqelərindən geri çəkilmək məcburiyyətində qalıb.