Yadplanetlilər varmı? – Alimlərin araşdırması

Yadplanetlilər varmı? – Alimlərin araşdırması
https://www.peyk.az

ABŞ-dakı Kaliforniya Berkeley Universitetinin tədqiqatçılarının rəhbərlik etdiyi qrup indiyədək ən əhatəli araşdırmanın nəticələrini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, tədqiqatda “yadplanetli izi” tapılmayıb.

Bununla belə, araşdırma qrupunun rəhbəri Denni Prayz yadplanetlilərin mövcudluğuna olan ümidini itirmədiyini deyib.

Bundan əvvəl planet üzrə alim və NASA-nın “Yeni Üfüqlər” nümayəndəliyinin üzvü Alan Stern qəribə varlıqlarla əlaqə qura bilmədiyimizə dair yeni bir nəzəriyyə təklif etmişdi.

Amerika Astronomiya Cəmiyyəti tərəfindən təşkil edilən konfransda açıqlama verən Stern o canlıların planetdəki okeanların dərinliyində, qalaktikanın digər hissələrində olduğunu bildirmişdi.