“Yalan danışmaq deputata yaraşmaz” — Müdafiə Nazirliyindən deputata CAVAB

"Ölkə.Az" xəbər verir ki, bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.

“Yalan danışmaq deputata yaraşmaz” — Müdafiə Nazirliyindən deputata CAVAB

“Bildiririk ki, son bir ildə Müdafiə naziri heç bir brifinqdə iştirak etməyib və ona Şuşa ilə bağlı heç bir sual verilməyib.

Millət vəkilinə xatırladırıq ki, “Azərbaycan Respublikasının Müdafiə haqqında Qanunu”nun 4-cü maddəsinin müvafiq bəndinə əsasən “müharibə elan edilməsinə və sülh bağlanılmasına razılıq” verilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir”.

“Ölkə.Az” xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vahid Əhmədovun çıxışına reaksiya verərkən deyib.

O bildirib ki, Vahid Əhmədov Prezident İlham Əliyevin fikirlərini çox səhv şəkildə şərh etdi:

“Ölkə prezidenti bütün hamımızdan daha çox cumhuriyyətimizə sədaqətlidir. Cumhuriyyət haqqında abidənin yaradılması ilə bağlı cənab prezident sərəncam imzalayıb. Ölkə başçısı AXC-nin 100 illiyi ilə bağlı sərəncam imzaladı, hər il abidənin qarşısına gül dəstəsi qoyub, qarşısında baş əyir. Ölkə başçısı dövlətçiliyimizə, cumhuriyyətimizə bizim hamımızdan çox sədaqətlidir. Ölkə başçısının ailəsi də həmçinin. İkincisi, Vahid Əhmədov sizin sabiq müfdafiə naziri ilə yaxşı əlaqələriniz və müəyyən işbirliyinizin olduğunu bilirik. Onu da bildirim ki, o vaxtlar əsgərlərin çəkmələrini valideynlər alırdı, bunun üçün ayrılan pullar ciblərə gedirdi. Hansı ciblərə gedirdi bəllidir. Görüşlər üçün külli miqdarda pullar yığılırdı. Bu gün isə bu hallar yoxdur. Şəffaflıqdır. İstər qidalanmada, istərsə də geyimdə. Məni susdura bilməyəcəksiniz. Nə olursa, olsun mən sözümü deyəcəm. Biz Ordumuzla fəxr edirik. Fəxr etməyənlər mümkün olsa, qisası basdıra bilsinlər”.

Mürtəza

Ölkə.Az

“Ölkə.Az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı parlamentin birinci vitse -spikeri Əli Hüseynli deyib.

Onun sözlərinə görə, AXC-nin gördüyü işləri xatırlamaqla yanaşı həm də buraxılmış səhvləri, İrəvanın Ermənistana verilməsi və digər tarixi məsələlərlə bağlı problemləri yada saldı.

O bildirib ki, ölkə başçısı müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla həm də tarixçilərə dərs keçdi:

“Ölkə başçısının fikirləri həm tövsiyə xarakteri daşıyırdı, həm də yanlışlıqlardan nəticə çıxararaq bir də belə səhvlərə yol verməmək xarakteri daşıyırdı. Heydər Əliyev hələ 80-ci illərin sonunda sovetləri güclü dövründə AXC-nin üçrəngli bayrağını Naxçıvanda dalğalandırdı. Bu cür tarixi analiz nəticəsində Azərbaycan heç olmadığı qədər güclüdür. Real müstəqil dövlətin güclü siyasi liderinin qəbul etdiyi qərarlar nəticəsində Ramil Səfərov bu gün azadlıqdadır. Hətta ölkə başçısı Ramil Səfərovla bağlı təzyiqlərə məruz qaldı. Son dövrlər ölkə başçısının bu çıxışına bir sıra mətbuat nümayəndələri də bu məsələni düzgün şərh etmədilər. Milli Şura üzvləri ilə yanaşı heç tarixçilər bu məsələyə düzgün qiymət vermədilər. Dövlət başçısının verdiyi bu izahların təhrif ediıməsinə heç bir ehtiyac yoxdur”.

Mürtəza

Ölkə.Az