Yaponiya dənizində gəmi alışıb

Yanğın Yaponiya dənizindəki "Silver Way" gəmisinin göyərtəsində baş verib, göyərtəsində 13 rus dənizçisi olub.

Yaponiya dənizində gəmi alışıb
https://peyk.az

Peyk.az trende istinadən xəbər verir ki, yanğın söndürülüb, itki yoxdur. Gəmi 2,5 min ton ağac daşıyıb və Naxodka-Pusan marşrutu boyunca Siyerra Leone bayrağı altında üzüb.

Yanğın bazar günü yerli vaxtla 13:40-da Cənubi Koreyanın Pxoxan limanı yaxınlığında baş verib. Yerli hakimiyyət gəmiyə kömək üçün patrul qayıqları, helikopter və yanğınsöndürmə dəstəsi göndərib.