Yaponiyada güclü zəlzələ

Yaponiyanın şimali-şərqində 5,3 bal gücündə zəlzələ olub. “Peyk.AZ” “TASS”a istinadən bildirir ki, bu barədə ölkənin Milli Meteoroloji İdarəsi məlu

Yaponiyada güclü zəlzələ

Yaponiyanın şimali-şərqində 5,3 bal gücündə zəlzələ olub. “Peyk.AZ” “TASS”a istinadən bildirir ki, bu barədə ölkənin Milli Meteoroloji İdarəsi məlumat yayıb.

Yeraltı təkanların episentri İbaraki prefekturası ərazisində, ocağı isə isə 100 metrə yaxın dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb. Bir qədər sonra təkanlar bir sıra şimali-şərqi prefekturalarda, eləcə də Tokioda hiss olunub.