Yasamal rayonunda təcili yardım maşını qəzaya düşdü

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Yasamal rayonunda təcili yardım maşını qəzaya düşdü
https://peyk.az

Peyk.az APA-ya istinadən xəbər verir ki, qəza Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə (TTTYX) məxsus “Mercedes Sprinter” markalı nəqliyyat vasitəsi xəstə apararkən geriyə dönmə əməliyyatı edib. Bu zaman həmin istiqamətdə yüksək sürətlə gələn “Mercedes” markalı minik avtomobili ona çırpılıb. TTTYX-yə məxsus avtomobildən xəstə çıxarılaraq başqa bir “Ambulans”la xəstəxanaya aparılıb.