Yasamalda polislə vətəndaş arasında qarşıdurma — Pəncərələrdən polislərə zibil atdılar - VİDEO

“Ölkə.Az” xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Yasamalda polislə vətəndaş arasında qarşıdurma — Pəncərələrdən polislərə zibil atdılar - VİDEO

Hələlik məlum olmayan bir səbəbdən polis bir nəfəri saxlayaraq bölməyə aparmaq istəyib. Lakin, o polislərə müqavimət göstərdiyi üçün qarşıdurma yaranıb. Bina sakinləri də həmin şəxsə dəstək verərək pəncərələrdən polislərə müxtəlif əşyalar atıblar.

Çətinliklə də olsa zərərsizləşdirilən şəxs bölməyə aparılıb.

Saxlanılan şəxsin hansı qanun pozuntusuna yol verdiyi hələlik bilinmir.

Ölkə.Az