Yasamalda virtual “Son zəng” keçirilib - Fotolar

Ölkədə davam edən karantin rejimi ilə əlaqədar Yasamal rayonunun təhsil ocaqlarında virtual “Son zəng” keçirilib. Belə tədbirlərdən biri də Yasamal ra

Yasamalda virtual “Son zəng” keçirilib - Fotolar

Ölkədə davam edən karantin rejimi ilə əlaqədar Yasamal rayonunun təhsil ocaqlarında virtual “Son zəng” keçirilib. Belə tədbirlərdən biri də Yasamal rayonunun 20 nömrəli məktəb-liseydə baş tutub və öncə Dövlət himni ifa olunub.

“Peyk.AZ” xəbər verir ki, tədbirə videobağlantı formatında qatılan Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov məzunları təbrik edib və bundan sonrakı həyatlarında uğur və nailiyyətlər arzu edib. Başçı müəllim və valideynlərə uzun illər çəkdikləri zəhmət və əməyə görə xüsusi təşəkkür edib. O, məzunlara aldıqları orta təhsildən sonra yerli və xarici universitetlərdə təhsillərini davam etdirməyi və yeni peşələrə yiyələnməyi arzu edib. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” ifadəsini xatırladaraq təhsilin hər cəmiyyətin inkişafındakı önəmini vurğulayıb. Elşad Həsənov son illər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə təhsil sahəsində aparılan köklü islahatlar barədə məlumat verib.

Tədbirdə çıxış edən məktəb rəhbərliyi və məzunlar “Son zəngin” onlar üçün həm sevinc dolu, həm də kədərli bir gün olduğunu etiraf ediblər. Məzunlar təhsil ocaqlarının adını hər zaman uca tutacaqlarına dair söz veriblər.