Yaşayış binasında çətənə becərən “Pedro” saxlanıldı - Foto

Xızıda gecə saatlarında keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Giləzi qəsəbə ərazisində yerləşən yaşayış binasının beşinci mərtəbəsində, y

Yaşayış binasında çətənə becərən “Pedro” saxlanıldı - Foto

Xızıda gecə saatlarında keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Giləzi qəsəbə ərazisində yerləşən yaşayış binasının beşinci mərtəbəsində, yaşayış olmayan mənzildə xüsusi aqro-texniki qaydada qulluq edərək narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb. 

DİN-dən “Peyk.AZ”ya verilən məlumata görə, araşdırmalarla onun həmin qəsəbə sakini, “Pedro” ləqəbli Turqay Ağayev olduğu müəyyən edilib.

Dindirilmə zamanı T.Ağayev törətdiyi cinayət əməlini etiraf edərək, çətənə kollarını may ayında əkdiyini və şəxsi istifadəsi üçün yetişdirdiyini bildirib.

Polis əməkdaşları tərəfindən T.Ağayevin tərəfindən dibçəklərdə əkilmiş 8 ədəd çətənə bitkisi maddi sübut kimi götürülüb və bioloji ekspertizaya təqdim olunub.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.