Yaşıllaşdırma İdarəsi tərəfindən yaşıllıqların qorunması üçün heç bir iş görülmür — Məlahət İbrahimqızı

“Ölkə.Az” xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı ; Milli Məclisin növbədənkənar sessiyasında çıxışı zamanı deyib.

Yaşıllaşdırma İdarəsi tərəfindən yaşıllıqların qorunması üçün heç bir iş görülmür — Məlahət İbrahimqızı

Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Bakı yaşıllığa büründü. ;

“Son illərdə isə Leyla Əliyevanın təşəbbüsü ilə ; Bakının müxtəlif bölgələrində, o cümlədən Nəsimi rayonu ərazisində mhəllələr arasında ; yaşıllıqlar yaradılıb. Deyəcəyim fikir bütün Bakıya aiddir. Çox təəssüf ki, bu gün ; Nəsimi rayonunda yaradılan yaşıllıqların suvarılması problem olaraq qalmaqdadır. Bu vəziyyət ; Bakının digər rayonlarında da belədir”. ;

O bildirib ki, Yaşıllaşdırma İdarəsi tərəfindən yaşıllıqların qorunması üçün heç bir iş görülmür: “Bu problemin ən qısa zamanda həll olunmasını xahiş edirəm. Vətəndaşlar öz hesabına bu problemi həll etməyə çalışsalar da, bu, alınmır. Həmin idarəyə edilən müraciətlərə cavab verməyə çağırıram”.

Mürtəza Ölkə.Az