Yatan arvadının üstünə ilan atıb, öldürdü

Kişi arvadının varidatını ələ keçirmək üçün onu ilanla öldürüb.

Yatan arvadının üstünə ilan atıb, öldürdü

Kişi arvadının varidatını ələ keçirmək üçün onu ilanla öldürüb.

Oxu.az bildirir ki, “Malayala Manorama” qəzetinin məlumatına görə, dəhşətli hadisə Hinistanda baş veriib.

Polis hesabatına əsasən, bu Suracın arvadı Utranı öldürmək üçün ikinci cəhdi olub. Birincisi martın 2-də baş verib. O, arvadının yataq otağına zəhərli gürzə atıb. Bundan sonra zərərçəkən iki ay xəstəxanada müalicə alıb. Sonra o, ata evinə gətirilib.

İkinci sui-qəsd də burda baş verib. 27 yaşlı Surac arvadı ilə bir otaqda qalandan sonra onun üstünə kobra ilanını atıb. Bu dəfə qadının həyatını xilas etmək mümkün olmayıb.

“Surac onun otağında gecələyib və özünü heç nədən xəbəri yox imiş kimi aparıb. Onu Utranın anasının qışqırıqları oyadıb”, - deyə polis hesabatında bildirilib.

Sonradan otaqda kobra tapılıb və öldürülüb.

Utranın ölümündən bir neçə gün sonra Surac onun varidatını ələ keçirmək istəyib. Bundan sonra şübhələr ona yönəlib.

Müstəntiqlər Suracın ilansatanlarla zəngləşdiyini, həmçinin internetdən ilanlarla bağlı məlumatları araşdırdığını müəyyən edib.

O da vurğulanıb ki, Utra imkanlı ailənin qızı olub, özəl bankın işçisi olan ərinin isə pula ehtiyacı olub.

Nikah vaxtı Suraca 100 qızıl sikkə, yeni avtomobil və yarım milyon rupi pul (11 293 AZN) hədiyyə edilib.

“O, qorxurdu ki, boşansa bütün bunları qaytarmalı olacaq. Ona görə də öldürməyə qərar verib”, - deyə polis hesabatında vurğulanıb.

Surac və onu ilanla təmin edən şəxs həbs olunub. İstintaqa başlanılıb.

Peyk.Az

Peyk.Az