“Yayda virus yox olacaq” — Professor açıqladı

"Ölkə.Az" xəbər verir ki, bu barədə Yale Universitetinin immunobioloqu Akiko İvasaki araşdırma aparıb.

“Yayda virus yox olacaq” — Professor açıqladı

Araşdırma nəticəsində bəlli olub ki, quru hava virusun ağciyərdən təmizlənməsini əngəlləyir, orqanizmin viruslara qarşı immun sistemini zəiflədir: “Havanın quru olduğu qış aylarında həyatımızın 90%-ni qapalı məkanlarda keçiririk. Bu da virusun ən yaxşı yaşadığı və yoluxduğu dövrdür”.

Massaçusets Texnologiya Universitetinin mühəndisi Həzhir Rəhmandad tərəfindən aparılan digər bir araşdırma koronavirusun quru yerlərdə rütubətli yerlərə nisbətən daha çox yayıldığını ortaya çıxarıb.

Qeyd edək ki, qış aylarında ortaya çıxan və bütün dünyaya yayılan koronavirusun yay aylarında səngiyəcəyi və yox olacağı barədə hələ aylar əvvəl iddialar ortaya atılmışdı. publika