Yeni doğulan təpəgöz quzunu Dəccalla müqayisə etdilər

İndoneziyanın Qərbi Yava əyalətində cəmi bir gözü olan və üz nahiyəsi deformasiyaya ;uğramış quzu doğulub.

Yeni doğulan təpəgöz quzunu Dəccalla müqayisə etdilər

“The Mirror” xəbər ki, heyvan cəmi iki gün yaşasa da, yerli sakinlər onun iblis olduğunu söyləyiblər.

Qeyd olunur ki, tsiklopiya (təpəgözlük) ilə doğulmuş heyvan çətinliklə nəfəs alıb və qida qəbul edə bilməyib. Fermer onu xilas etmək məqsədilə qonşularına müraciət etsə də, onlar yeni doğulmuş heyvanın bədbəxtlik gətirəcəyini bildiriblər. ;

“İblis cildinə girmiş” quzunu dini mətnlərdə adı mənfi obraz kimi təqdim olunan Dəccalla müqayisə ediblər.

İki gün sonra quzu tələf olub. Sahibi onu evinin arxasındakı bağ sahəsində basdırıb.

Anomal hadisə barədə heyvandarlıq departamentinin ərazi üzrə müvafiq şöbəsinə məlumat verilib. /oxu.az ;