Yeni elektron eynək, beyin siqnallarını və göz hərəkətlərini təqib edə bilir

KU-KIST Koreya Universitetinin dos. Dr. Suk-Von Hvanqın rəhbərlik etdiyi bir qrup tərəfindən hazırlanmış eynək prototipi istifadəçinin beyin və göz fəaliyyətini təqib edə bilir. 3D ölçülü printerlə hazırlanan çərçivəyə EEG və EOG sensorları yerləşdirildi. EEG sensorları beynin elektrik fəaliyyətini ölçərkən, EOG sensorları göz hərəkətlərini izləyir. Əldə edilən bütün məlumat kabelsiz olaraq köçürülərək işlənir. Laboratoriyada aparılan sınaqlarda EEG-nin könüllülərin alfa ritmləri müvəffəqiyyətlə qeyd etdiyi müşahidə edildi.

Yeni elektron eynək, beyin siqnallarını və göz hərəkətlərini təqib edə bilir

EEG məlumatı ilə insanın sağlamlıq vəziyyəti təqib edilə bilər. Digər tərəfdən EOG məlumatı sayəsində adam sadəcə göz hərəkətləri ilə tetris oynaya bilir. Bu xüsusiyyət sayəsində əllər istifadə edilmədən kompyuterlər və ya xüsusi köməkçi alətlər idarə edilə bilər. Bu da ifliclər üçün bəzi yeni imkanlar təqdim edə bilər. Bundan əlavə bu elektron eynəklərin bir qulağında ultrabənövşəyi işıq sensoru var. Əgər gözünüzə sıx halda ultrabənövşəyi şüa gəlirsə, sensor ultrabənövşəyi əngəlləyici geli xəbərdar edir və eynək qaralır. Bu sayədə eynək bir anda gün eynəyinə çevrilir. Əslində buna bənzər elektron eynəklər bazarda mövcuddur.