Yeni partiya quran Davudoğlu ilk dəfə danışdı – Ərdoğana sərt sözlər

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu qurduğu yeni siyasi partiya (Gələcək Partiyası) haqda ilk dəfə danışıb.

Yeni partiya quran Davudoğlu ilk dəfə danışdı – Ərdoğana sərt sözlər
https://peyk.az

Peyk.az xəbər verir ki, keçmiş baş nazir siyasi partiyanın gələcək fəaliyyəti və prinsipləri haqda məlumat verib.

Davudoğlunun çıxışında Türkiyənin mövcud vəziyyətindən narazılığı da diqqətdən yayınmayıb:

“Hədəfimiz insanların təhlükəsiz yaşadığı bir ölkə qurmaqdır. Təzyiqçi hakimiyyətin nəzarətində olmayan azad bir medianın qurulması da hədəfimizdir. Ələvi və qeyri-müsəlman vətəndaşların problemlərinə və bərabər yaşamasına həll tapılacaq.

Partiyamız lider kultunu rədd edir, bunun nələrə səbəb olduğunu gördük. Qeyri-şəffaf parlamentar sistem də, prezident idarəetmə sistemi də problemlərin həlli deyil.

İndiki sistem davam etdikcə, demokratiyadan danışmaq mümkün olmayacaq. Bütün haqları müdafiə edən parlamentar sistemin qurulmasını istəyirik”.