“Yeni ulduz”un Aygünü övladının atasının kimliyini ortaya çıxardı - FOTO

Aprelin 29-u ana olan, “Yeni ulduz” mahnı müsabiqəsi ilə məşhurlaşan ifaçı Aygün Rəhimova övladının atasının kimliyini ortaya çıxarıb. Oxu.Az xəbər verir ki, müğənni sosial media hesabında diqqət çəkən paylaşım edib. Aygün övladının atasına bu sözləri ünvanlayıb: “Bir...

“Yeni ulduz”un Aygünü övladının atasının kimliyini ortaya çıxardı - FOTO

Aprelin 29-u ana olan, “Yeni ulduz” mahnı müsabiqəsi ilə məşhurlaşan ifaçı Aygün Rəhimova övladının atasının kimliyini ortaya çıxarıb.

Oxu.Az xəbər verir ki, müğənni sosial media hesabında diqqət çəkən paylaşım edib.

Aygün övladının atasına bu sözləri ünvanlayıb:

“Bir qadının övlad dünyaya gətirməyə, ana olmağa nə qədər enerji sərf etdiyini az insan başa düşə bilər. Sən hər şeyi anlayırsan. Mən səni çox sevirəm!”

A.Rəhimova izləyiciləri ilə bölüşdüyü fotoda övladının atasının üzünü göstərməsə də, onun “Instagram” hesabını işarələyərək kimliyini bəlli edib.

Qeyd edək ki, ötən il A.Rəhimova sevgilisi ilə xaricdə istirahət edən zaman fotolarını “Instagram” hesabında paylaşmışdı. Şəkillərə ifaçı “Mənim sevgim” qısa şərhini yazmışdı. Lakin müğənni bu aylar ərzində ailə qurması ilə bağlı heç bir məlumat verməyib.

Rəşad Əliyev