Yeniyetmə cibgir bir dəfəyə 1365 manat oğurladı

Sumqayıtda cibgirliklə məşğul olan yeniyetmə tutulub.

Yeniyetmə cibgir bir dəfəyə 1365 manat oğurladı
https://peyk.az

Peyk.az publika.az-a istinadən xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 1-də S.Məmmədovun cibindən 1365 manat oğurlamaqda şübhəli bilinən şəhər sakini olan bir yeniyetmə müəyyən edilib.

Həmin şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Araşdırmalar davam etdirilir.