Yol hərəkəti təhlükəsizliyi ilə bağlı qrant müsabiqələri keçiriləcək

Yol hərəkəti təhlükəsizliyinin sistemli və mütəmadi qaydada təbliğat-təşviqatının təşkili və bu sahədə ictimai iştirakçılığın

Yol hərəkəti təhlükəsizliyi ilə bağlı qrant müsabiqələri keçiriləcək

Yol hərəkəti təhlükəsizliyinin sistemli və mütəmadi qaydada təbliğat-təşviqatının təşkili və bu sahədə ictimai iştirakçılığın təmin edilməsi üzrə yol hərəkəti təhlükəsizliyi ilə bağlı təbliğat, təşviqat və maarifləndirmə sahəsində Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant müsabiqəsinə təqdim olunan layihə təklifləri üzrə mütəmadi olaraq ;məsləhətləşmələr aparılacaq.

"Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.

Bununla bağlı icraçı qurumlar olaraq ;Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyi göstərilib.