Home Mədəniyyət Yubileylər silsiləsi layihəsi çərçivəsində tədbirlər davam edir

Yubileylər silsiləsi layihəsi çərçivəsində tədbirlər davam edir

142
0

Noyabrın 28-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MSK) Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanasında Xalq yazıçısı, dramaturq, ssenarist İmran Qasımovun anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Orenburq vilayətinin Orenburq rayonunun “Podqorodnyaya Pokrovka Mədəniyyət və Kitabxana Xidməti Mərkəzi”nin nəzdindəki modern kitabxananın müdiri Vera Filippova da iştirak edərək, Orenburq kitabxanalarında olan İmran Qasımovun əsərləri barədə məlumat verib.

PEYK.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Mərkəzi Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə Yasamal rayon MKS-in direktoru, UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan komitəsinin sədri Lətifə Məmmədova açaraq, İmran Qasımovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.

Sonra Lətifə Məmmədova 158 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Humay Əhmədovaya UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan komitəsinin təşəkkürnaməsini təqdim edib.

Tədbir iştirakçılarına İmran Qasımovun kitablarının virtual sərgisi, yazıçının həyat və yaradıcılığını əks etdirən virtual fotoalbom təqdim olunub. İmran Qasımovun ssenari müəllifi olduğu “Uzaq sahillərdə”, “Bizim küçə”, “İnsan məskən salır” və “Onun böyük ürəyi” filmlərdən fraqmentlər nümayiş edilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here