Yük maşını çaya düşdü, sürücü xilas ola bilmədi – ANBAAN VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində yük maşınını idarə edən sürücü faciəvi şəkildə həlak olub. REN TV xəbər verir ki, görüntülər ərazidə quraşdırılmış təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. “Scania” markalı yük avtomobili səhər saat 05:45 radələrində qarşı yola çıxıb və yol kənarındakı dəmir arakəsmələri...

Yük maşını çaya düşdü, sürücü xilas ola bilmədi – ANBAAN VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində yük maşınını idarə edən sürücü faciəvi şəkildə həlak olub.

REN TV xəbər verir ki, görüntülər ərazidə quraşdırılmış təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

“Scania” markalı yük avtomobili səhər saat 05:45 radələrində qarşı yola çıxıb və yol kənarındakı dəmir arakəsmələri keçərək Neva çayına düşüb.

Sürücü avtomobildən çıxmağa macal tapmayıb və çayın axını onu suyun dərinliyinə aparıb.

Kişinin meyiti dalğıc-xilasedicilər tərəfindən aşkarlanaraq sudan çıxarılıb.