Yük maşınının çırpıldığı avtomobil evin həyətinə düşdü: Ölənlər var - FOTO

Türkiyədə Balıkəsir vilayətinin Edremit rayonunda yük maşını avtomobilə çırpılaraq faciəyə səbəb olub. “HaberGlobal” məlumat verir ki, yük maşınının zərbəsi nəticəsində 35 metr sürünən avtomobil yaşayış evinin bağçasına düşüb. Qəzada yük maşınının sürücüsü və bir sərnişini ölüb. Maşında olan digər şəxs,...

Yük maşınının çırpıldığı avtomobil evin həyətinə düşdü: Ölənlər var - FOTO

Türkiyədə Balıkəsir vilayətinin Edremit rayonunda yük maşını avtomobilə çırpılaraq faciəyə səbəb olub.

“HaberGlobal” məlumat verir ki, yük maşınının zərbəsi nəticəsində 35 metr sürünən avtomobil yaşayış evinin bağçasına düşüb.

Qəzada yük maşınının sürücüsü və bir sərnişini ölüb. Maşında olan digər şəxs, eləcə də, minik maşının sürücüsü və sərnişini ağır xəsarət alıblar.

Yaralılar xilasetmə qrupları tərəfindən maşınlardan çıxarılaraq, xəstəxanaya yerləşdiriliblər.

Qəza ilə əlaqədar araşdırma aparılır.