Yunanıstan və Türkiyə arasında yeni gərginlik: “Nasist…”

Yunanıstan Xarici İşlər Nazirliyi (XİN) Avrapa Parlamentindəki çıxışında Türkiyə bayrağını cıran yunan deputat Yoannis Laqosa etiraz edib.

Yunanıstan və Türkiyə arasında yeni gərginlik: “Nasist…”
https://peyk.az

Peyk.az xəbər verir ki, nazirliyin açıqlamasında deputatın davranışı yolverilməz adlandırılıb.

XİN-in açıqlamasında bu ifadələrə yer verilib:

“Yunanıstan milli simvolların təhqir edilməsini qəbul etmədiyi kimi, Türkiyənin milli simvolunun aşağılanmasını ən sərt formada qınayır. Neo-nasistlərin nümayəndələrinin qəbuledilməz davranışları Yunanıstan və Avropa dəyərlərindən uzaqdır. Bu, yunan cəmiyyətinin öz səsləri ilə parlamentdən qovduğu bir şəxsin özünü reklam cəhdidir. Neo-nasistlər yalnız özlərini təmsil edirlər”.

Əlavə edək ki, Yunanıstanın Avropa Parlamentindəki deputatı Yoannis Laqos sözügedən qurumun iclasından çıxışı zamanı Türkiyə bayrağını cırıb. Deputatın addımı Türkiyədə etirazlara səbəb olub.