Home Siyasət Zakir Həsənov Türkiyənin Milli Müdafiə naziri və Baş Qərargah rəisinə başsağlığı verib

Zakir Həsənov Türkiyənin Milli Müdafiə naziri və Baş Qərargah rəisinə başsağlığı verib

163
0
Zakir_Hsnov_Turkiynin_Milli_Mudafi_naziri_v_Ba_Qrargah_risin_basal_verib_www.torq.az
Zakir_Hsnov_Turkiynin_Milli_Mudafi_naziri_v_Ba_Qrargah_risin_basal_verib_www.torq.az

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş Türkiyə Respublikasının Hakkari bölgəsində silah anbarında baş vermiş partlayış nəticəsində həlak olan hərbçilərlə bağlı Türkiyənin Milli Müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Başsağlığında bildirilir: “Qardaş Türkiyə Respublikasının Hakkari bölgəsində silah anbarında baş vermiş partlayış nəticəsində hərbi qulluqçuların həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Allah rəhmət eləsin”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here